Bakı. İlhamə İsabalayeva - Trend:
Növbəti il üçün qəbul imtahanlarının vaxtı müəyyən olunmasa da, müzakirə olunur.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, 2020-ci ildə Bakı "Formula-1" yarışları ilə yanaşı, həm də Avropa Çempionatı oyunlarına ev sahibliyi edəcək:
"Ölkədə kütləvi tədbirlər keçirilən zaman imtahanların da keçirilməsi çox mürəkkəb olur. Bakıda keçirilən tədbirlərin vaxtı müəyyən edildikdən sonra qəbul imtahanlarının da tarixlərini elan edə biləcəyik".