Bakı. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyində İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Sami Asem Abdullah Ğoşeh ilə görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə,görüş zamanı Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib