...

Mərkəzi Gömrük Hospitalında qrip virusuna qarşı peyvənd tətbiqi xidməti həyata keçirilir

Cəmiyyət Materials 17 Dekabr 2019 10:20 (UTC +04:00)
Qripə qarşı Fransanın “Sanofi Pasteur” şirkətinin istehsalı olan Vaxigrip peyvəndinin tətbiqi xidməti həyata keçirilir.
Mərkəzi Gömrük Hospitalında qrip virusuna qarşı peyvənd tətbiqi xidməti həyata keçirilir

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalında qrip virusuna qarşı Fransanın “Sanofi Pasteur” şirkətinin istehsalı olan Vaxigrip peyvəndinin tətbiqi xidməti uğurla həyata keçirilir.

Mərkəzi Gömrük Hospitalından Trend-ə verilən məlumata görə, qrip epidemiyaları zamanı insanların yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir.

Vaxigrip - böyüklər üçün qripin profilaktikası üçün vurulan peyvənddir. Vaxigrip vaksini ilə immunlaşma zamanı 80-85% insanlarda qrip virusuna qarşı orqanizmin müdafiə gücünün yüksəldilməsi baş verir. Virusa qarşı anticisimlər vaksinasiyadan 10-15 gün sonra ən azı 1 il ərzində orqanizmdə qalır və orqanizmi qoruyur.
Vaxigrip peyvəndinin tətbiqi ilə bağlı ətraflı məlumat üçün (012) 404 08 08 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti