...

BDU-da Hindistan səfiri ilə görüş (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2019 13:06 (UTC +04:00)
BDU-da Hindistan səfiri ilə görüş keçirilib.
BDU-da Hindistan səfiri ilə görüş (FOTO)

Bakı. Trend:

BDU-da Hindistan səfiri ilə görüş keçirilib.

Bakı Dövlət Universitetindən Trend-ə verilən məlumata görə, Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlung Bakı Dövlət Universitetində (BDU) olub. Rektor Elçin Babayev qonağı salamlayaraq, ona Universitet haqqında məlumat verib, beynəlxalq əlaqələrindən danışıb.

Səfir Vanlalvavna Bavitlung qəbula və xoş qarşılanmaya görə təşəkkür edib. O, Hindistan universitetləri, tədqiqat mərkəzləri ilə əlaqələrin qurulması istiqamətində fikirlərini səsləndirib.

Qarşılıqlı maraq doğuran görüşdə tələbə-müəllim mübadiləsi, Hindistan elmi-tədqiqat institutları ilə birgə laboratoriyaların qurulması, BDU-da Hindistan Mədəniyyət Mərkəzinin açılması, bu ölkənin milli mədəniyyət günlərinin, festivallarının keçirilməsi, filmlərin nümayişi, sərgilərin təşkili kimi məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti