...

Prezident İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 25 Dekabr 2019 10:44 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Əlcəzairin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakın etimadnaməsini qəbul edib.
Prezident İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Əlcəzairin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakın etimadnaməsini qəbul edib.

Trend-in məlumatına görə, səfir Salima Abdelhak fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Əlcəzairin Azərbaycanda ilk qadın səfiri olduğunu deyən Salima Abdelhak Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasət sahəsində uğurlar əldə etdiyini bildirərək bu münasibətlə təbriklərini çatdırdı. O bildirdi ki, Bakının əsrarəngiz gözəlliyi buraya gələn turistləri valeh edir və buradakı çox böyük inkişaf prosesləri dərin təəssürat doğurur.

Səfir, eyni zamanda, Azərbaycanda mühüm beynəlxalq tədbirlərin də yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla qeyd etdi.

Salima Abdelhak qadın səfir olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycanın inkişafı naminə fəaliyyətindən fəxr hissi keçirdiyini vurğuladı.

Görüşdə ölkələrimiz arasında iqtisadi, ticarət, turizm, elm-təhsil, tələbə mübadiləsi və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti