...

Sabah bəzi yerlərdə qar yağacaq

Cəmiyyət Materials 3 Yanvar 2020 13:24 (UTC +04:00)
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Sabah bəzi yerlərdə qar yağacaq

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-4° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti