...

Turizm şirkətlərinə tövsiyə: Ailə, tələbə turizmi təşviq edilməlidir

Cəmiyyət Materials 16 Yanvar 2020 18:46 (UTC +04:00)
Azərbaycanda turizm şirkətlərinə bəzi turizm sahələrini stimullaşdırmaq tövsiyə edilib.
Turizm şirkətlərinə tövsiyə: Ailə, tələbə turizmi təşviq edilməlidir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda turizm şirkətlərinə bəzi turizm sahələrini stimullaşdırmaq tövsiyə edilib.

Trend-in məlumatına görə, bu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan, tövsiyə xarakterli “Turizm sənayesi nümayəndələrinin etik kodeksi”ndə öz əksini tapıb.

Sənədə əsasən, Azərbaycan dövlət hakimiyyət orqanlarının dəstəyi ilə sosial turizmi, xüsusilə də istirahət, kollektiv turizmi stimullaşdırmaq və inkişaf etdirmək lazımdır.

Bununla yanaşı, ailə, gənclər və tələbə turizmini, eləcə də yaşlı insanlar və əlillər üçün turizmi təşviq etmək və onun inkişafına yardım etmək tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti