...

Qax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar (FOTO)

Cəmiyyət Materials 29 Yanvar 2020 12:27 (UTC +04:00)
Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Qax gəncləri də qoşulublar
Qax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar (FOTO)

Bakı. Trend:

Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Qax gəncləri də qoşulublar.

Trend-in məlumatına əsasən, qayğıya xüsusi ehtiyacı olan rayon sakininin evinə baş çəkərək, təmizlik işləri aparan, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradan gənclər ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər.

Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti