...

Ailə NET Azərbaycanda 5G WiFi şəbəkəsinin tətbiqinə başlayır

Cəmiyyət Materials 4 Fevral 2020 12:30 (UTC +04:00)
5Ghz WiFi evinizə gəlsin şüarı ilə təqdim olunan Ailə NET-in yeni Xiaomi Mi 4A WiFi routeri abunəçilərinə indiyənək təqdim olunan ən mükəmməl WiFi cihazıdır.
Ailə NET Azərbaycanda 5G WiFi şəbəkəsinin tətbiqinə başlayır

Bakı. Trend:

5Ghz WiFi evinizə gəlsin şüarı ilə təqdim olunan Ailə NET-in yeni Xiaomi Mi 4A WiFi routeri abunəçilərinə indiyənək təqdim olunan ən mükəmməl WiFi cihazıdır. Yeni routerin əsas vəzifəsi ötən ilin sonunda şirkət tərəfindən tətbiq olunmuş kəskin sürət artımı ilə əlaqədar istifadəçilərin artan tələblərini keyfiyyətli şəkildə qarşılamaqdan ibarətdir.

İlk növbədə qeyd etmək lazımdır ki, Ailə NET-in Xiaomi Mi 4A WiFi routerinin tezliyi adi routerlərə nisbətən iki dəfə yüksəkdir (2.4 Ghz-lə yanaşı, 5 Ghz şəbəkəsini də dəstəkləyir) bu üstünlük internet istifadəçilərinin tarifləri üzrə daha yüksək sürətli internetə çıxışını təmin edir. Bütün müasir smartfonlar, noutbuklar və s. cihazlar 5 Ghz tezliyini dəstəklədiyindən Ailə NET istifadəçiləri dövrümüzün tələblərinə uyğun standartlarla ayaqlaşa biləcəklər. Xiaomi Mi 4A WiFi routeri mənzildə quraşdırıldıqdan sonra istifadəçi öz cihazında təklif olunan iki şəbəkədən birini seçmək imkanı qazanacaq: 1. Adi şəbəkə, 2. 5G şəbəkəsi. Əgər cihazınız 5G-ni dəstəkləyirsə 5G şəbəkəsini seçməklə daha üstün internet bağlantısından istifadə edə biləcəksiniz.

Eyni zamanda yeni router yüklənməyə daha davamlıdır və 5G rejimində eyni anda qoşulmuş bir-çox cihazı yüksək sürətli bağlantı ilə təmin edə bilir. Lakin quraşdırılma zamanı nəzərə almaq lazımdır ki, router mümkün qədər mənzilin mərkəzində yerləşdirilsin və qarşısında ciddi maneələr olmasın.

Kampaniya şərtlərinə əsasən yeni Xiaomi Mi 4A WiFi routerini Ailə NET-ə ilk dəfə qoşulan abunəçilər 2 ayın abunə haqqını öncədən ödəməklə hədiyyə əldə edə bilərlər. Mövcud abunəçilər də öz WiFi routerlərini pulsuz yeniləyə bilərlər, bunun üçün sadəcə abunə müddətini 6 aylıq müddətə birbaşa uzatmaq gərəkdir.

Ailə NET-in təqdim etdiyi internetin üstün cəhəti qoşulmaq üçün heç bir telefon xəttindən istifadə edilməməsidir. Fiber optik şəbəkə daha sürətli (100 mbit/s-dək) və daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır.

Daha ətraflı məlumat üçün 24 saat fasiləsiz xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti