...

Bakıda qardaş doğma bacısının başını kəsdi

Cəmiyyət Materials 7 Fevral 2020 09:17 (UTC +04:00)
Bakıda qətl hadisəsi baş verib.
Bakıda qardaş doğma bacısının başını kəsdi

Bakı. Samir Əli - Trend:

Bakıda qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 12, mənzil 26-da qeydə alınıb.

Zəngilan rayon sakini, Sahib Ələkbər oğlu Cəfərov bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı qısqanclıq zəminində boğazını ülgüclə kəsərək qətlə yetirib.

Daha sonra S.Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə gələrək cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti