...

Aİİ rektoru tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb (FOTO)

Cəmiyyət Materials 18 Fevral 2020 10:04 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb.
Aİİ rektoru tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb.

Aİİ-dən Trend-ə bildirilib ki, institut rəhbəri tədris və elmi-pedaqoji təcrübələrin tələbələrin həyatında mühüm və məsuliyyətli bir mərhələ olduğunu vurğulayıb. Tələbələrə uğurlar arzulayan rektor onlara təcrübə müddətində məsuliyyətli olmağı və yaradılan şəraitdən səmərəli faydalanmağı tövsiyə edib.

Gənclərin karyera imkanlarının genişləndirilməsində bilik və bacarığın hər zaman öndə dayandığını söyləyən rektor hər bir gəncin tələbəlik illərindən səmərəli fəaliyyət barədə düşünməli olduğunu vurğulayıb.

C.Məmmədov qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin cəmiyyət və dövlət qarşısında böyük məsuliyyəti və öhdəliyi mövcuddur. Aİİ-də Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini təmin etmək qarşıda duran əsas vəzifələrdəndir.

Aİİ İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov tədris və elmi-pedaqoji təcrübənin təşkili və keçirilməsi haqqında məlumat verib. Bildirib ki, elmi- pedaqoji fəaliyyət tələbələr üçün böyük önəm kəsb edir. M.Mürsəlov təcrübələrin mahiyyətindən, keçirilmə qaydalarından, eyni zamanda, tələbələrə qazandırdığı bacarıqlardan da bəhs edib.

Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutunun bakalavriat üzrə təhsil alan tələbələri tədris, magistratura səviyyəsində təhsil alan tələbələri isə elmi-tədqiqat təcrübəsinə başlayıblar. Təcrübələr fevral ayının 17-dən aprelin 13-dək davam edəcək.

Tədbirdə tədris və elmi-pedaqoji təcrübənin səmərəli təşkili və keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti