...

Naxçıvanda ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırıldı

Cəmiyyət Materials 3 Mart 2020 16:14 (UTC +04:00)

Bakı. Trend:

2020-ci ilin mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək.

Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.

Qeyd edək ki, bu gün ümumtəhsil və peşə məktəblərində tədris qrafikə uyğun davam edib.

Həmçinin, bu qərar uşaq bağçalarına da aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti