Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında kadr dəyişikliyi olub.
Akademiyadan Trend-ə verilən məlumata görə, Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad edilib.
Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq MEK-in direktor müavini Elnur Hüseynova həvalə olunub.