...

Daşkəsəndə əl qumbaraları aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 5 Mart 2020 17:53 (UTC +04:00)
Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Daşkəsən rayonu, mərkəzi stadionun yaxınlığında yerləşən məişət tullantıları ərazisində 3 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
Daşkəsəndə əl qumbaraları aşkarlanıb (FOTO)

Bakı. Trend:

2020-ci il 05 Mart tarixində saat 12:43-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Daşkəsən rayonu, mərkəzi stadionun yaxınlığında yerləşən məişət tullantıları ərazisində 3 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Agentlikdən Trend-ə verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Daxili İşlər Nazirliyinin Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM partladıcısı aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbaraları və partladıcıların ətrafında 150 kv.m əraziyə yerüstü, 80 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti