Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakı Limanında koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Trend-ə qurumdan məlumat verilib. Liman əməkdaşlarına və ərazidə yerləşən sürücülərə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) hazırladığı broşürlər paylanılıb. Məlumatlandırıcı broşürdə virusdan qorunmaq, eyni zamanda gigiyenik qaydalara əməl edilməsinə dair informasiya əks olunub. Qeyd olunan broşürlər limanın inzibati binalarında, anbarlarda, giriş-çıxış məntəqlərində yerləşdirilib.
Həmçinin, liman ərazisində əməkdaşların, qonaqların və sürücülərin əllərini dezinfeksiya etməsi üçün xüsusi dərman məhlulları olan qutular qoyulub.