...

Teledərslərin sabaha olan cədvəli açıqlanıb

Cəmiyyət Materials 16 Mart 2020 13:26 (UTC +04:00)
Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 17 mart üçün nəzərdə tutulan teledərslərin cədvəli açıqlanıb.
Teledərslərin sabaha olan cədvəli açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 17 mart üçün nəzərdə tutulan teledərslərin cədvəli açıqlanıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, teledərslər saat 10:00-da başlayacaq.

Sabaha olan cədvəli təqdim edirik:

Azərbaycan bölməsi üzrə

I sinif - Azərbaycan dili, Riyaziyyat, Musiqi;

II sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili;

III sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili;

IV sinif - Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi;

VI sinif – Riyaziyyat, Azərbaycan tarixi, Fizika, Biologiya;

X siniflər üçün isə Kimya, İngilis dili, Coğrafiya və Biologiya dərslərini izləyə biləcəklər.

Rus bölməsi üzrə dərslər saat 14:00-dan etibarən yayımlanacaq.

II sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi;

VI sinif – Rus dili, Fizika, Biologiya;

VII sinif – Riyaziyyat, Biologiya, Coğrafiya;

IX sinifləri - Rus dili, Riyaziyyat, Kimya dərslərini izləyə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti