...

ASCO-da dezinfeksiya işləri davam etdirilir (FOTO)

Cəmiyyət Materials 17 Mart 2020 11:56 (UTC +04:00)
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
ASCO-da dezinfeksiya işləri davam etdirilir (FOTO)

Bakı. Trend:

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

ASCO-dan Trend-ə verilən məlumata görə, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq, növbəti dezinfeksiya işləri ASCO-nun Xəzər Dəniz Neft Donanmasına aid Liman-bazada, Şimal və Damba körpülərində və orada dayanan gəmilərdə, eləcə də “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

Koronavirusla bağlı ASCO-nun struktur idarələrində əməkdaşlar arasında maarifləndirmə tədbirləri də davam etdirilir. Həmçinin, şirkətdə rəhbər şəxslərdən ibarət qərargah və (050) 274 30 82 nömrəli “qaynar xətt” də fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti