...

AzTU-nun Elmi Şurası onlayn keçiriləcək

Cəmiyyət Materials 17 Mart 2020 19:30 (UTC +04:00)
Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə iclasların, müşavirələrin mobil və internet vasitəsilə keçirilməsinə üstünlük verilməsi ilə bağlı tapşırıq verilib.
AzTU-nun Elmi Şurası onlayn keçiriləcək

Bakı. Samir Əli - Trend:

AzTU-nun Elmi Şurası onlayn keçiriləcək.

Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə iclasların, müşavirələrin mobil və internet vasitəsilə keçirilməsinə üstünlük verilməsi ilə bağlı tapşırıq verilib.

Trend-in məlumatına görə, bunu nəzərə alaraq, martın 17-dən Azərbaycan Texniki Universiteti (AzTU) onlayn idarəetmə sisteminə keçib. Belə ki, iclaslar və toplantılar onlayn təşkil edilir. Həmçinin AzTU-nun martın 18-nə nəzərdə tutulan Elmi Şurası onlayn rejimdə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti