...

AzTV Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürəcək

Cəmiyyət Materials 22 Mart 2020 18:30 (UTC +04:00)

Bakı. Trend:

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində vəsait ödəyəcək.

Trend xəbər verir ki, müvafiq vəsait AzTV əməkdaşlarının könüllü istəyi əsasında onlar üçün nəzərdə tutulan aylıq mükafatın məbləğindən və reklam gəlirlərindən həyata keçiriləcək.

AzTV kollektivi koronavirusla mübarizədə də Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti