...

Bu gün havanın temperaturu iqlim normasından yuxarı olub

Cəmiyyət Materials 24 Mart 2020 12:07 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 24-nə olan hava proqnozunu açıqlayıb.
Bu gün havanın temperaturu iqlim normasından yuxarı olub

Bakı. Ceyhun Ələkbərov -Trend:

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 24-ü gündüzdək ölkə ərazisində hava şəraiti sabit və əsasən yağmursuz keçib. Sumqayıt, Naftalan, Gəncə, Şəmkir, Qrız (Quba), Tərtər, Zərdab, Göyçay, Biləsuvar, Lerik, Sarıbaşda (Qax) duman müşahidə olunub.

Havanın temperaturu martın 23-də iqlim normasından 4.5° yuxarı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14°-dək isti, Aran rayonlarında 17-19° isti, dağlıq rayonlarda 11°-dək isti, Naxçıvan MR-da 18°-dək yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti