...

"Ailə TV" filiallarında dezinfeksiya işləri aparılıb (FOTO)

Cəmiyyət Materials 24 Mart 2020 17:45 (UTC +04:00)
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə martın 22-də Ailə TV kabel televiziyası və internet provayderinin bütün filialları və baş ofisində dezinfeksiya işləri aparılıb.
"Ailə TV" filiallarında dezinfeksiya işləri aparılıb (FOTO)

Bakı. Trend:

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə martın 22-də Ailə TV kabel televiziyası və internet provayderinin bütün filialları və baş ofisində dezinfeksiya işləri aparılıb.

Trend-in məlumatına görə, dezinfeksiya sahəsində ixtisaslaşmış şirkət tərəfindən Ailə TV-nin filiallarındakı bütün otaqlar dezinfeksiya olunub. Bundan əlavə, gün ərzində 3-4 dəfə masaların üzəri, döşəmələr xüsusi məhlullarla təmizlənir.

Həmçinin, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və zəruri profilaktik tədbirlərin artırılması məqsədilə şirkət əməkdaşları məlumatlandırılıb. Ailə TV əməkdaşları bütün abunəçiləri maska və əlcəklərlə qəbul edirlər. Virusa qarşı əks-epidemik tədbirlər çərçivəsində şirkətə gələn hər bir şəxs maska, əlcəklər, spirt və antiseptik gellərlə təmin edilir.

Xatırladaq ki, Ailə TV Bakıda və Gəncədə öz abunəçilərinə yüksək keyfiyyətli televiziya və internet xidmətləri təqdim edir. Bundan əlavə şirkətin İPTV xidmətindən dünyanın internet olan hər yerində istifadə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti