Bakı. Trend:
Bakı Ali Neft Məktəbinin (BANM) Rektoru Elmar Qasımov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsünə qoşulub. O, ölkə başçısının müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 aylıq əmək haqqını ianə edib.
Bu barədə Trend-ə BANM-dan bildirilib.
Rektor bu yolla “COVID-19” pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə dəstəyini nümayiş etdirib.