...

UNİCEF: İndi verə biləcəyiniz ən yaxşı qərarlardan biri evdə qalmaqdır

Cəmiyyət Materials 30 Mart 2020 10:31 (UTC +04:00)
İndi verə biləcəyiniz ən yaxşı qərarlardan biri evdə qalmaq və COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün sosial məsafə saxlamaqla məsuliyyət nümayiş etdirməkdir.
UNİCEF: İndi verə biləcəyiniz ən yaxşı qərarlardan biri evdə qalmaqdır

Bakı. İlhamə İsabalayeva - Trend:

İndi verə biləcəyiniz ən yaxşı qərarlardan biri evdə qalmaq və COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün sosial məsafə saxlamaqla məsuliyyət nümayiş etdirməkdir.

Trend-in məlumatına görə, bu, UNiCEF-in məlumatında qeyd edilir.

Məlumatda bildirilir ki, uşaqlar üçün evdə qalmaq, yaşıdları ilə təmas saxlaya və oynaya bilməmək onların təşvişə düşməsinə səbəb olur. Uşaqlar internetdə və ya televizorda gördüklərini, yaxud digər şəxslərdən eşitdiklərini anlamaqda çətinlik çəkə bilər:

"Buna görə də asudə vaxtın təşkili ilə bağlı planlaşdırma aparmaq onların hətta hazırkı şəraitdə belə inkişaf etməsinə kömək etmək baxımından sizin üçün faydalı olacaqdır. Gündəlik rutin yaradın və ona əməl edin. Oyun və öyrənmə fəaliyyətləri üçün ideyalar hazırlayın. Fiziki fəaliyyətləri oturaq fəaliyyətlər ilə balanslaşdırın. Ekranın qarşısında keçirilən vaxtın və kontentin adekvatlığından əmin olun. Pozitiv valideynlik yanaşmalarından istifadə edin. Unutmayın ki, uzun müddət evdə qalmaq və birgə fəaliyyətlərlə məşğul olmaq uşağınızla bağlılığınızı artırmaq imkanı verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti