...

Sosial məsuliyyətdən çıxış edən “Binə Aqro”, “İSR Holdinq” və “A-Qrup Sığorta”dan tənha ahıllara qayğı

Cəmiyyət Materials 30 Mart 2020 16:02 (UTC +04:00)
Sosial məsuliyyətdən çıxış edən “Binə Aqro”, “İSR Holdinq” və “A-Qrup Sığorta”dan tənha ahıllara qayğı

Bakı. Trend:

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 65 yaşdan yuxarı insanların pandemiyadan qorunması məqsədilə evdən çıxmaları qadağan edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildiirlib ki, həmin kateqoriyadan olan tənha yaşayan insanlara nazirlik tərəfindən evlərində sosial xidmətlərin göstərilməsi işləri davam etdirilməklə yanaşı, ayrı-ayrı biznes qurumları da sosial məsuliyyətdən çıxış edərək tənha ahıl insanlara zəruri istehlak məhsulları ilə təmin edilmələrində qayğısını göstərir.

Buna misal olaraq “Binə Aqro” QSC, “İSR Holdinq” şirkətlər qrupu və “A-Qrup Sığorta” ASC tərəfindən bu istiqamətdə yaşlı insanlara hörmət və qayğıkeşlik hissi ilə, eyni zamanda, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədli nəcib sosial təşəbbüslər reallaşdırılır.

“Binə Aqro” şirkəti 2200, “İSR Holdinq” şirkətlər qrupu 500, “A-Qrup Sığorta” şirkəti də 525 tənha ahılın birdəfəlik qaydada ərzaq yardımı ilə təminatını həyata keçirməkdədir.

Qeyd olunan sosial təşəbbüslər biznes nümayəndələri tərəfindən xüsusilə indiki şəraitdə sosial həmrəyliyə dəyərli bir töhfə və xeyriyyəcilik ənənələrinin davamlı olması yolunda atılan addımlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti