...

Hərəkət məhdudiyyətindən sonra taksi fəaliyyəti ilə bağlı 188 nəfər qeydiyyatdan keçib

Cəmiyyət Materials 5 Aprel 2020 21:46 (UTC +04:00)
Hərəkət məhdudiyyətindən sonra taksi fəaliyyəti ilə bağlı 188 nəfər qeydiyyatdan keçib

Bakı. Trend:

Hərəkət məhdudiyyətindən sonra taksi fəaliyyəti ilə bağlı 188 nəfər qeydiyyatdan keçib.

Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

N. Allahyarova deyib ki, mart ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən müraciətləri əsasında "Fərqlənmə nişanı" əldə edən şəxslər barədə məlumatlar "icaze.e-gov.az" portalına daxil ediləcək və ölkədə hərəkət məhdudiyyəti dövründə yalnız portaldan qeydiyyatdan keçən şəxslər taksi fəaliyyəti göstərə biləcək:

"Artıq bu saata qədər Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən taksi xidməti göstərən 188 nəfər barədə məlumat portala yerləşdirilib. Sizə təhlükəsiz səfər arzu edirik! Proses davam edir. Tək tələbimiz sərnişinləri təhlükəsiz və qaydalara əməl edərək daşımağınızdır!

Bakı şəhəri inzibati ərazisi daxilində fəaliyyət göstərən taksi sürücüləri istisnadır. Paytaxtda taksi fəaliyyətinə nəzarət aidiyyatı üzrə digər qurum tərəfindən təşkil edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti