Bakı. Trend:
Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində regionlarda yerləşən Rayon Mərkəzi Xəstəxanalarının həkimləri üçün təlimlərə start verilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə verilən məlumata görə, aprelin 5-də Masallıda reanimatoloq, pulmonoloq, infeksionist və epidemioloqlardan ibarət qrupun koronavirusla mübarizəyə ayrılmış xüsusi xəstəxananın tibb personalı ilə nəzəri və praktik təlimləri baş tutub.
Təlimlər digər region xəstəxanalarında da davam etdiriləcək.