Bakı. Trend:
SOCAR-ın Xarici Təqaüd Proqramının qalibi kimi ABŞ-ın prestijli təhsil ocağı olan Minnesota Universitetində kimya mühəndisliyi üzrə təhsil almış Aslan Mansurov. Bugünkü uğurlara, 2013-cü ildə SOCAR-ın Təqaüd Proqramını qazandığına görə özünü şanslı hesab edir. 2017-ci ilin mayında Minnesota Universitetini fərqlənmə diplomu ilə bitirən Aslan Mansurov Kimya mühəndisliyi dərəcəsi alıb. Biologiyaya və təbabətə olan maraq onu bu sahədə təhsilini davam etdirməyə sövq edib.
- Əslində biologiyaya maraq bakalavrın son illərində yarandı İnsan orqanizmi daha çətin bir sistemdir. Biologiyada İmmun sistemi o qədər mürəkkəbdir ki, onu təkcə riyazi qanunlarla izah etmək mümkün deyil. Çoxlu tədqiqat aparmalısan. Biologiyaya təbabətə çox böyük həvəsim var idi. Fikirləşdim ki, bir kimya mühəndisi kimi, xərçəng xəstəliyində nə kimi yeniliklər edə bilərəm. Artıq molekulyar mühəndisilk fakültəsinə qəbul olandan sonra burda bir sıra professorlarla əlaqədə idim. Cefri Habl hansı ki, hazırda elmi rəhbərimdir onun laboratoriyasından çox xoşum gəlmişdi. O, immunologiyanı məhz kimya mühəndisi kimi öyrənir və biomühəndislik sahəsi üzrə dünyanın ən aparıcı ekspertlərindən biridir. Elmi rəhbərim ABŞ-ın Milli Tibb Akademiyasının və Milli Mühəndislik Akademiyasının seçilmiş üzvüdur. Və 30 illik karyerasında onun laboratoriyasında hazırlanan bir sıra dərmanlar artıq insanlar üzərində tətbiq olunur.
Hazırda Çikaqo Universitetinin Pritzker Molekulyar Mühəndislik İnstitutunun doktorantı olan həmyerlimizin hazırladığı İnterlikin-12 (IL-12) preparatı xərçəng hüceyrələri ilə mübarizədə yüksək təsirə malikdir. Yeni immunopreparat artıq 800-ə yaxın siçan üzərindən tətbiq olunub. Siçanların böyük əksəriyyəti bu xəstəlikdən tamamilə sağalıb. Baxmayaraq ki, kimya və şüa terapiyaları eyni xərçəng növlərini daşıyan sıçanlara heç bir təsir göstərməyib. Bu da IL-12 preparatının standart müalicələrdən üstün olduğunu göstərir.
- Siçanla insan immunsistemi çox bənzərdir. Bu hardasa 90% bənzərlik deməkdir. Siçanlarda bir sıra xərçəng xəstəlikləri mövcuddur. Mənim son elmi məqaləmdə biz elə siçanlardan istifadə etmişdir ki, onların dəri xərçəngi, süd vəzi xərçəngi, ağ ciyər xərçəngi var. Bu xərçəng modelləri insana çox bənzəyirlər. Əgər siçanda müsbət nəticə görursənsə bu o deməkdir ki, insan üzərində tətbiq etmək mümkündür.
Yaxın bir il ərzində IL-12 preparatı insanlar üzərində yoxlanılacaq. Hazırda Bir sıra həkimlərlə, bir sıra klinikalarla Bu preparatı insanlarda yoxlamaq üçün danışıqlar aparılır. Həmyerlimizin elmi məqaləsi “Nature Biomedical Engineering” jurnalında çap olunub. Bu jurnal biomühəndislik və biotexnologiya sahəsində ən prestijli jurnallardan biri sayılır.
- İmmunoterapiyada əsasən ağ qan hüceyrələrinə təsir göstərir. Bizim işlədiyimiz zülal – İnterlikin-12. ağ qan hüceyrələri var T-limfositlər belə bir xassəsi var ki, onlar xərçəng hüceyrələrini axtarıb yüksək evvektivliklə öldürə bilir. Amma xərcəng insan bədənində yayılanda bu T-limfositlər bir az passiv vəziyyətdə olur Xərçəng hüceyrələrini yaxşı tapıb öldürə bilmirlər. Xərçəng hüceyrələri bizim bədənimizdə hər an yarana bilər Amma bizim T-limfositlər ağ qan hüceyrələrimiz həmin xərçəng hüceyrələrini tapıb öldürür. Və qoymur ki, həmin xərçəng hüceyrələri böyüsün. Amma xərçəng pasientlərində həmin T-limfositlər passiv olur və axtara bilmir xərçəng hüceyrələrini öldürmək üçün. Bundan yararlanan xərçəng hüceyrələri başlayır böyüməyə. Bizim İnterlikin-12 molekulasi T-limfositləri aktivləşdirir. Orqanizmə instruksiya verir ki, get o xərçəng hüceyrəsini tap öldür.
Aslan Mansurov elmi tədqiqatına patent alıb. Və Çikaqo Universitetində bu sahədə elmi araşdırma aparan ilk azərbaycanlıdır.