...

Müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üçün onlayn müsahibələrə başlanılır

Cəmiyyət Materials 28 Aprel 2020 17:53 (UTC +04:00)
Müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üçün onlayn müsahibələrə başlanılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Mayın 4-dən etibarən respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələr keçiriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, onlayn müsahibələrdə iştirak etmək üçün aprelin 29-dan namizədlərin şəxsi səhifələrinə məlumat yerləşdiriləcək. Namizədlər təlimatla tanış olaraq 1 may saat 00:00-dək müsahibədə iştiraklarını təsdiq etməlidirlər.

Müsahibədə iştirakı təsdiq etmək üçün şəxsi səhifəyə əlavə edilmiş hissəyə elektron ünvan daxil edilməlidir. Məhz həmin elektron ünvana göndərilmiş keçid linki vasitəsilə namizəd videozəngə qoşulacaq. Bundan sonra hər bir namizədin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Müsahibələrdə ilkin olaraq Bakı şəhərinin ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlər iştirak edəcək. Digər rayon və şəhərlərdə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin də onlayn müsahibələrdə iştirakına şərait yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti