...

Vətəndaşlara yalnız təxirəsalınmaz hallarda ədliyyə orqanlarına müraciət etmələri tövsiyə olunur

Cəmiyyət Materials 30 Aprel 2020 17:38 (UTC +04:00)
Vətəndaşlara yalnız təxirəsalınmaz hallarda ədliyyə orqanlarına müraciət etmələri tövsiyə olunur

Bakı. Samir Əli - Trend:

Vətəndaşlara yalnız təxirəslınmaz hallarda ədliyyə orqanlarına müraciət etmələri tövsiyə olunur, digər hallarda elektron formada müraciət edilməsi məqsədəuyğundur.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda keçirdiyi onlayn mətbuat konfransında nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Manafova bildirib.

O qeyd edib ki, qeydiyyat şöbələrinə bilvasitə gəlmiş şəxslərin sosial izolyasiya qaydalarına riayət edərək xidmətlərdən yararlanmaları təmin olunur. 27 apreldən etibarən bəzi qurumlar öz fəaliyyətlərini bərpa ediblər. Ədliyyə Nazirliyinin “ASAN xidmət” mərkəzlərindəki fəaliyyəti də bərpa olunub.

Şöbə rəisi xatırladıb ki, doğum faktı 1 ay müddətində qeydə alınmalıdır. Doğum qeydə alınmadığı halda valideynlər ya xəbərdarlıq, ya da 10 manat məbləğində cərimələnirlər. Həmçinin, karantin dövrü nəzərə alınaraq, bu məsələ ilə bağlı vətəndaşlara güzəşt tətbiq ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti