...

Azərbaycanda koronavirusa yoluxmuş tibb işçilərinin 90 faizi sağalaraq evə buraxılıb

Cəmiyyət Materials 1 May 2020 18:25 (UTC +04:00)
Azərbaycanda koronavirusa yoluxmuş tibb işçilərinin 90 faizi sağalaraq evə buraxılıb

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda koronavirusa yoluxmuş tibb işçilərinin 90 faizi sağalaraq evə buraxılıb.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Gəncədə dezinfeksiya ilə məşğul olan tibb işçiləri arasında koronavirusa yoluxma halları olub, amma bu, cəmi bir neçə faiz təşkil edib.

R.Bayramlı bildirib ki, yoluxmuş tibb işçilərinin 90 faizi sağalaraq evə buraxılıb: “Onlar arasında ağır vəziyyətdə olan şəxs yoxdur. Son günlər ərzində tibb işçiləri arasında yeni yoluxma halı qeydə alınmayıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti