...

Baş prokurora daha 2 müavin təyin edildi

Cəmiyyət Materials 21 May 2020 16:49 (UTC +04:00)
Azərbaycanın Baş prokuroruna yeni müavinlər təyin olunub.
Baş prokurora daha 2 müavin təyin edildi

Bakı. Samir Əli - Trend:

Azərbaycanın Baş prokuroruna yeni müavinlər təyin olunub.

Trend-in məlumatına görə, Mingəçevir şəhər prokuroru Elmar Camalov və Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi Nazim Rəcəbov tutduqları vəzifədən azad edilərək Baş prokurorun müavinləri təyin ediliblər.

Elmar Camalov 1992-ci ildən prokurorluq orqanlarında işləyir. Respublika Hərbi Prokurorluğunda baş müstəntiq, 2000-2005-ci illərdə Vergilər Nazirliyində məsul vəzifələrdə, 2005-ci ildən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində mühüm işlər üzrə böyük müstəntiq, Baş Prokurorluğun idarə rəisinin müavini, Baş prokurorun böyük köməkçisi, Şəki rayon və Mingəçevir şəhər prokuroru vəzifələrində çalışıb.

Nazim Rəcəbov 1989-cu ildən prokurorluq orqanlarında işləyir. O, Qazaxıstan Prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat, Kadrlar və Dövlət ittihamının müdafiəsi üzrə idarələrində prokuror, prokuror-metodist və böyük prokuror, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi və böyük məsləhətçisi vəzifələrində çalışıb. 2015-ci ildə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti