...

Bu şəxslər ümumtəhsil müəssisələrində işə cəlb edilməməlidir

Cəmiyyət Materials 2 İyun 2020 17:24 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

2-15 iyun tarixlərində ümumtəhsil müəssisələrində təhsil işçilərinin işə cəlbi məktəb direktorunun tərtib etdiyi qrafik əsasında aparılmalıdır.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin əməkdaşı Anar Mirzəzadə deyib.

Onun sözlərinə görə, həmin tarixlərdə ümumtəhsil müəssisələrinin direktorunun müəyyən etdiyi qaydada sanitar epidemioloji qaydalara əməl etməklə, təlim-tərbiyə işləri üzrə direktorlar müavinləri, sinif rəhbərləri, zərurət olduqda müəllimlər işə cəlb ediləcəklər. Öhdəsində yaşlı insanlar, 7 yaşadək uşağı olan təhsil işçilərinin gəlməsinə görə güzəşt tətbiq edilir:

“Yaşı 65-dən çox olan əməkdaşlar da bu baxımdan istisna edilir. İşlədiyi ümumtəhsil müəssisəsindən kənarda olan əməkdaşlar bu prosesə cəlb edilməməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti