...

Azərbaycan təhsil platforması UNESCO-nun rəsmi siyahısında yer alıb

Cəmiyyət Materials 13 İyun 2020 17:08 (UTC +04:00)
Azərbaycan təhsil platforması UNESCO-nun rəsmi siyahısında yer alıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması UNESCO-nun rəsmi saytında təqdim edilən siyahıda yer alıb.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, dünyada COVID-19 pandemiyasının yayılması ilə əlaqədar UNESCO-nun rəsmi saytında şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısı təqdim olunub.

Ölkəmizdə tətbiq edilən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platforması da bu siyahıya daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti