...

Bədən hərarəti yüksək olanlar bu şərtlə imtahana buraxılacaq

Cəmiyyət Materials 20 İyun 2020 12:57 (UTC +04:00)
Bədən hərarəti yüksək olanlar bu şərtlə imtahana buraxılacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

“Biz çalışacağıq və bu məsələyə baxacağıq ki, bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayanlar doğrudan xəstə deyilsə, onun iştirakı ətrafdakılar üçün təhlükəli deyilsə, həmin abituriyentləri imtahana buraxaq”.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, birinci həftədə buraxılış imtahanında 45 mindən çox, ikinci həftədə 47 min abituriyent iştirak edib:

“Bundan əvvəl də yoluxucu xəstəliyi olanların imtahana daxil olma cəhdləri olmuşdu. Biz onları da imtahana daxil etməmişdik. Sentyabr ayında buraxılış imtahanı keçirəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti