Gömrükçülər koronavirusa qarşı savaşda (FOTO)

Gömrükçülər koronavirusa qarşı savaşda (FOTO)

Bakı. Trend:

İyunun 11-dən etibarən Mərkəzi Gömrük Hospitalı yalnız koronaviruslu xəstələri qəbul etməyə başlayıb. Nüfuzlu idarə xəstəxanası, koronavirusla mübarizədə hökumətə kömək etmək məqsədilə öz işini tamamilə yenidən qurub. Bizim bugünkü müsahibimiz, Mərkəzi Gömrük Hospitalının tabe olduğu Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru, əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovdur. Trend müsahibəni oxuculara təqdim edir:

- Ceyhun müəllim, əvvəlki müsahibələrdə sizin xidmət haqqında çoxlu maraqlı məlumat vermişdiniz. Lakin təəssüflər olsun ki, keçən dövr ərzində bizim ölkə, bütün dünyada olduğu kimi, COVID-19 pandemiyası ilə bağlı artan problemlərlə üzləşmişdir. Biz bilirik ki, DGK tibbi xidməti ilk günlərdən indiyə qədər pandemiya ilə mübarizənin ön sıralarındadır. Zəhmət olmasa, bu barədə daha ətraflı danışa bilərdinizmi?

- Əminliklə deyə bilərik ki, Azərbaycanda ilk olaraq kovid təhlükəsi ilə üz-üzə gələn gömrükçülər olmuşdur. Bir daha xatırlatmaq istəyirəm ki, 2008-ci ildən başlayaraq məhz Gömrük Komitəsi sərhədyanı buraxılış məntəqələrində sanitar nəzarət üçün cavabdehlik daşıyır. Bəli, koronavirusun vurduğu zərbəni ilk olaraq bizim sərhəddəki gömrük əməkdaşlarımız öz üzərinə götürdü və məhz onların fədakarcasına çalışması sayəsində başlanğıc mərhələdə infeksiyaya yoluxanların sayını minimum səviyyədə saxlamaq, ölkənin əks-epidemioloji tədbirlərə hazırlanması üçün vaxt qazanmaq mümkün oldu. Bunu da əlavə edə bilərəm ki, gömrük sərhəd buraxılış məntəqələrində sanitar nəzarətin gücləndirilməsi məqsədilə bizim Tibbi Xidmət İdarəsinin nəzdində xüsusi Sanitar-Karantin Xidməti yaradılıb. Epidemioloji risklərin artdığı dövrdə belə bir xidmətin yaradılmasını, ölkəmizə xüsusi təhlükəli infeksiyaların “idxalının” qarşısının alınması və eyni zamanda gömrükçülərin sağlamlığının qorunması üçün vaxtında görülmüş və effektiv tədbir hesab edirəm. Bu Xidmət çərçivəsində bizim tərəfimizdən periferik dayaq tibb məntəqələri infrastrukturunun yaradılması nəzərdə tutulub ki, bununla da ölkənin bioloji təhlükəsizliynin təmin edilməsi üçün mövcud olan imkanlarımız daha da gücləndiriləcəkdir. Hal-hazırda bu Xidmətin qurulması prosesi gedir, kadrların seçilib təyin olunması və müəyyən təşkilati məsələlərin həlli həyata keçirilir. Belə planlaşdırırıq ki, ən yaxın zamanda bizim Sanitar-Karantin Xidməti tam gücü ilə fəaliyyət göstərməyə başlayacaqdır.

- Bu gün, belə deyə bilərəm ki, bütün oxucuların diqqəti Gömrük Hospitalında müalicə alan Bəhram Bağırzadənin taleyinə, həmçinin, bu xəstəliklə qarşılaşmış bizim digər həmvətənlərimizin taleyinə yönəlmişdir. Sizin Hospitalın, Azərbaycanda ən texnoloji və qabaqcıl bir xəstəxana kimi ən ağır xəstələrin müalicəsini öz üzərinə götürməsi çox şey haqqında deyir. Sizin klinikanın bugünkü fəaliyyəti ilə bağlı bizə nələri söyləyə bilərsiniz?

- 11 iyundan etibarən Mərkəzi Gömrük Hospitalı kovid xəstələrinin müalicəsinə başlayıb. Buna biz hələ fevral ayından hazırlaşmağa başlamışdıq və belə proqnozlaşdırırdıq ki, müəyyən şərtlər daxilində koronaviruslu xəstələrin müalicəsində bizim də köməyimiz tələb oluna bilər. Qısa müddət ərzində Hospitalda 2-ci dərəcəli bioloji müdafiəyə malik PZR laboratoriya təşkil edilmiş, palatalarda əlavə oksigen vermə xətləri təmin olunmuş, əlavə avadanlıqlar, o cümlədən süni tənəffüs və EKMO cihazları alınmış, kovid xəstələrinin müalicəsi və idarə edilməsi üçün müvafiq protokollar tərtib edilmiş, qoruyucu vasitələrdən istifadə ilə bağlı personala xüsusi təlimlər keçilmiş, infeksion xəstələrin qəbulu üçün ayırıcı zonalar nəzərdə tutulmuş və digər işlər həyata keçirilmişdir. Qeyd etməliyəm ki, Dövlət Gömrük Komitəsi rəhbərliyinin bizə göstərdiyi və göstərməkdə davam etdiyi dəstək olmasaydı, bütün bunlar mümkün ola bilməzdi.

Bu gün isə bizim Hospitalın işi yalnız kovid xəstələrinin müalicəsinə həsr olunub. Hospitalımıza əsasən ağır və ya çox ağır xəstələr daxil olur. Biz bilərəkdən məhz ağır xəstələrin qəbul edilməsinə razılıq verdik, çünki başa düşürük ki, digər karantin xəstəxanaları ilə müqayisədə bizim Hospital çox güclü reanimasiya briqadası ilə fərqlənir. Çünki bu briqadanın üzvləri, adi vaxtlarda çox mürəkkəb kardiocərrahi əməliyyatlardan və orqan köçürülməsi əməliyyatlarından sonrakı “çətin” xəstələrə yardım göstərən təcrübəli həkim və tibb bacılarıdır. Bundan başqa, Gömrük Komitəsinin dəstəyi sayəsində Hospitalımız yüksək texnologiyalı tibbi avadanlıqlarla kifayət qədər yaxşı təmin olunub. Təsadüfi deyil ki, məhz Mərkəzi Gömrük Hospitalı Azərbaycanda koronaviruslu xəstənin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) aparatını tətbiq etmiş ilk və hələ ki yeganə tibb müəssisəsidir...

Bunu da söyləməliyəm ki, bizim bugünkü qəhrəmanlarımız yalnız reanimatoloqlar deyil, Hospitalın bütün tibb işçiləridir. Növbə zamanı bir çox saat ərzində qoruyucu kombinezon, maska və üzlükdə işləmək əsl fədakarlıqdır və mən, bu gün belə çətin şəraitdə çalışan bizim hər bir əməkdaşımıza buna görə səmimi qəlbdən təşəkkür edirəm. Eynilə də bu günlərdə ölkənin digər xəstəxanalarında koronaviruslu xəstələrə yardım göstərən hər bir tibb işçisinə öz dərin hörmətimi və minnətdarlığımı bildirmək istəyirəm.

- Cənab Prezidentin dediyi kimi, biz birlikdə güclüyük! Bugünkü vəziyyətdən çıxmaq üçün bütün imkanların birləşdirilməsi, millətin tam birliyi tələb olunur. Lakin sözsüz ki, əsas ağırlıq səhiyyə sisteminin üzərinə düşür. Bu kontekstdə ölkəmizdəki ayrı-ayrı qurumlara aid idarə tibb müəssisələrinin rolu və onların perspektivləri barədə öz fikrinizi söyləyə bilərsinizmi?

- Bu gün ölkəmizin səhiyyə sistemində, müasir dünyanın reallıqlarına və insanların tələblərinə tam cavab verə bilmək üçün köklü yenidənqurma aparılır. Bu zaman yalnız zəif həlqələri yenidən qurmaq deyil, ilk növbədə, bizdə artıq mövcud olan yaxşı və güclü sahələri saxlamaq və möhkəmləndirmək çox vacibdir. Bu baxımdan ayrı-ayrı qurumlara məxsus olan idarə tibb müəssisələrinin rolu barədə qoyulan sual yeni deyildir. Lakin bəlkə də yalnız indi, pandemiya şəraitində biz bu əlavə səhiyyə resursunun necə zəruri və effektiv olduğunun əyani şahidi ola bildik.

Şübhəsiz ki, bizim İdarə ölkənin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyan, aktuallığı hazırkı qloballaşan dünyada get-gedə artan bir çox funksiyaları yerinə yetirir. COVID-19 ilə bağlı vəziyyət buna parlaq misaldır. Ölkə üçün kritik bir məqamda Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi öz tibb xidmətini yenidən qura və bütün potensialını koronavirusla mübarizəyə səfərbər edə bilmişdir. Düşünürəm ki, bu son dərəcə müsbət bir təcrübə olmaqla bərabər, fasiləsiz fəaliyyətlərindən ölkənin rifahının asılı olduğu strukturlara tibbi yardım göstərilməsi üçün qurumlararası tibbi xidmətin yaradılmasına da əsas ola bilər.

"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb (FOTO)
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb (FOTO)
Könüllülər üçün xüsusi təklif!
Könüllülər üçün xüsusi təklif!
Qarabağ Azərbaycanın və Cənubi Qafqazın aparıcı İT mərkəzinə çevrilə bilər
Qarabağ Azərbaycanın və Cənubi Qafqazın aparıcı İT mərkəzinə çevrilə bilər
Loading Bars
Xəbər lenti
Sumqayıtda karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris müəssisəsi aşkarlanıb (FOTO/VİDEO)
Kəlbəcərin sonsuz gözəlliyi (FOTO/VİDEO)
Prezidentə yazırlar: Siz Azərbaycan xalqına dayaqsınız
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin IV modul təlimi keçirilib (FOTO)
İranın sabiq vitse-prezidenti həbs edildi
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Bu şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda 4323 nəfər COVID-19-a yoluxub, 2180 nəfər sağalıb, 42 nəfər vəfat edib
“The New York Times” qəzetində Ağdamın Çıraqlı kəndi barədə məqalə dərc edilib
"Qarabağ"ın daha 5 futbolçusunda koronavirus aşkarlandı
İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevi təbrik edib
Müdafiə Nazirliyinin nəzdində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir
Yerevanda növbəti etiraz aksiyası başlayıb
Polşada fermerlər traktorlarla yolu bağladı
AzəriMed QSC-nin əməkdaşı İlkin Ağakişiyev şəhidlik zirvəsinə ucaldı
Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlara əsaslanan tutarlı cavab verib
Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər - Rusiya KİV
İranda koronavirusdan ölənlərin sayı 50 min nəfəri keçdi
"Napoli"nin stadionuna Maradonanın adı verilib
Belarus portalında Azərbaycanın Vətən müharibəsində Zəfər qazanması barədə məqalə dərc edilib
RİİB-in təşəbbüsü ilə Könüllülər himni hazırlanıb (VİDEO)
Koronavirus xəstəsi ictimai yerdə saxlanılıb (FOTO)
Alban-udin xristian provaslav icmasının sədr müavini Xudavəng monastırına vaiz təyin olunub
50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı (FOTO)
Gəncədə dezinfeksiya aparılıb (FOTO)
6 şəhər və rayonda şəhid ailələri və müharibə əlillərinə ev verilib (FOTO)
Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb
İqtidarın siyasi dialoq təşəbbüslərinin praktiki nəticələri göz qabağındadır (FOTO)
Mənzildən naməlum meyit tapılıb
İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb
“Regional İnkişaf” İctimai Birliyinin ölkə üzrə könüllülərinin onlayn görüşü keçirilib (FOTO)
“Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb (FOTO)
"Meliorasiya və Su Təsərrüfatı" 1,26 miyon manatlıq müqavilə imzalayıb
Rusiyada yenidən koronavirusa rekord yoluxma qeydə alındı
Azərbaycan nefti bahalaşır
Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz (FOTO/VİDEO)
Təkcə Qarabağ deyil, xalqın 90-cı illərdə dövlətinə sarsılmış inamı geri qayıtdı - Tarixçi
Ermənilər monastrdakı bütün əşyaları məhv ediblər - Xudavəng monastrına təyin olunan vaiz
Ermənistan terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib və aylıq ödənişlər təyin olunub
Gələn ilin bayram günləri müəyyənləşib
Könüllülər üçün xüsusi təklif!
İnsanlar qaydalara ciddi riayət etməsə, bizi daha çətin vəziyyət gözləyir - Deputat
Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı
KOB könüllülərinin “Könüllülər ili”nə töhfəsi
Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi
DİN-nin şəhid baş leytenantı Kamran Kazımov (FOTO)
Zərdabda yaşayış yerini tərk edən daha bir COVİD-19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Bakıda 25 yaşlı COVİD 19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Qarabağ Azərbaycanın və Cənubi Qafqazın aparıcı İT mərkəzinə çevrilə bilər
Bərdədə evi tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlandı
Bakıda ad günü keçirən qızlar və restoran sahibi cərimələndi (VİDEO)
Xudavəng monastırının dini varisləri geri qayıtdı - Monastıra vaiz təyin olundu (VİDEO)
İctimai yerlərdə aşkarlanan daha 9 koronavirus xəstəsi barədə cinayət işi başlandı
Bu il Azərbaycana idxal edilən əsas məhsulların siyahısı açıqlanıb
Moskvada koronavirusdan peyvəndləmə başlayıb
“Lexus” hasara çırpılaraq yandı
Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıb
Bizim üçün qorxu deyilən şey yox idi, ölümdən belə qorxmurduq - Qarabağ qazisi
ABŞ "TikTok"un amerikan seqmentinin son satış tarixini uzatmamağa qərar verdi
Limandakı partlayışdan sonra Beyrutun bərpası 2,5 milyard dollara başa gələcək
TAP 2021-ci ildə boru kəmərinin buraxılış gücünün artırılması məqsədilə sınaq keçirəcək
Renuarın rəsm əsəri 1,18 milyon dollara satıldı
Tayson və Cons arasındakı döyüşdən əldə edilən qazanc açıqlandı
Aİ və Britaniya Brexit mövzusunda razılığa gələ bilmədilər
Avstriyanın sabiq maliyyə naziri korrupsiyaya görə 8 il həbs cəzasına məhkum edildi
ABŞ hərbçiləri Somalini tərk edir
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 628 mindən çox artıb
Azərbaycan könüllüləri portalının təqdimatı keçirilib (FOTO)
Moskvada son sutkada 6 868 koronavirusa yoluxma halı aşkarlanıb
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib (FOTO)
ABŞ bir sıra Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edir
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar keçirilib (FOTO)
Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu Azərbaycan bayrağı ilə işıqlandırılıb (FOTO)
Samux rayonunda evdə partıayış olub
Estoniya prezidenti özünü təcrid edir
Türkiyədə koronavirusdan sağalanların sayı 423 mini keçib
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb
Ailəmin kədərini görmək istəməzdim - Şəhidlə olmayan müsahibə
Karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər həbs edilib
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazıb
Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib
“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi (FOTO)
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb
SOCAR Ukraynada fəaliyyətini genişləndirir
Pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl edilməsi vacibdir - Nazirlik
Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb
44 günlük müharibə bizə asan gəlsə də, bu, düşünüldüyü kimi deyil - Hərbi ekspert
ABŞ-da koronavirusa yoluxma rekordu qeydə alındı
Gömrük əməkdaşları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad ediblər (FOTO)
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop
Azərbaycan ordusu dünya reytinqlərində daha da irəliləyəcək - Deputat
Kəlbəcər rayonunun Yanşaq kəndi (VİDEO)
Dekabrın 7-də manatın dollara qarşı məzənnəsi
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Bütün xəbərlər