Bakı. İlhamə İsabalayeva - Trend:
UNİCEF pandemiya dövründə uşaqların böyüməsinə və inkişafına kömək etmək üçün valideynlərə 5 əsas tövsiyəsini verib.
Trend-ə verilən məlumata görə, uşaqların böyüməsinə və inkişafına kömək etmək üçün onların sağlam qidalanması çox vacibdir. Pandemiya dövründə isə bunun əhəmiyyəti daha da artır.
Sağlam qidalanma üçün meyvə-tərəvəz qəbulu davam etdirilməli, təzə məhsullar olmadıqda, qurudulmuş sağlam alternativlərdən istifadə edilməli, sağlam çərəz məhsullardan ibarət ehtiyatlar yığılmalıdır. Bununla yanaşı, hazır yeməklər kimi yüksək dərəcədə emal olunmuş qida məhsulları məhdudlaşdırılmalıdır. Ailələr yemək bişirməyi ailənin gündəlik əyləncəsinə çevirməlidir.