...

Pilot peşə təhsil proqramları üzrə tələbə qəbuluna başlanılır

Cəmiyyət Materials 6 İyul 2020 15:04 (UTC +04:00)
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, həmçinin Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır.
Pilot peşə təhsil proqramları üzrə tələbə qəbuluna başlanılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, həmçinin Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil almaq istəyən şəxslər müəssisənin rəsmi internet saytı vasitəsilə (http://bii.edu.az/), Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil almaq istəyən şəxslər isə müvafiq link vasitəsilə (https://bit.ly/2O03Ngo) iyulun 24-dək elektron qeydiyyatdan keçməlidirlər.

Müsabiqə elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müvafiq tələblərə (tam orta təhsil və ixtisas fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcəklər. İkinci mərhələdə iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə sual və tapşırıqlar təqdim ediləcək.

Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tam orta təhsil bazasından “Torna və frezer dəzgahların operatoru”, “Avtomobil diaqnostikası və təmiri ustası”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Elektronika ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “İnşaat ustası”, “Mebel ustası”, “Veb dizayner və proqram təminatçısı”, “Avtomatika üzrə usta” adlı fərqli ixtisaslar üzrə 1 illik (texniki peşə təhsili) və “Avtomobil diaqnostikası və təmiri ustası” və “Veb dizayner və proqram təminatçısı” ixtisasları üzrə 3 illik (subbakalavr, yüksək texniki peşə təhsili) proqramlarda təhsil almaq mümkündür.

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot proqramları çərçivəsində tam orta təhsil bazasından “Aşpaz” və “Mehmanxana inzibatçısı” ixtisasları üzrə müraciət edərək 1 illik texniki peşə təhsili pilləsinə yiyələnmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti