...

Yanvar-iyun aylarında 743 min nəfərə müavinət və təqaüd ödənilib

Cəmiyyət Materials 8 İyul 2020 10:41 (UTC +04:00)
Yanvar-iyun aylarında 743 min nəfərə müavinət və təqaüd ödənilib

Bakı. Trend

Bu iki istiqamət üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 151 milyon manat və ya 46,6 faiz çox olmaqla, 475 milyon manat ödənilib

Nazirlikdən Trend-ə verilən məlumata görə, 2020-ci ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 455,4 min nəfərə sosial müavinət ödənilib. Onlardan 412,1 min nəfəri aylıq, qalanları birdəfəlik müavinət alanlar olub.

Həmin dövrdə Nazirliyin xətti ilə Prezident təqaüdləri ilə təmin olunanların sayı 287,5 min nəfər olub. Yanvar-iyun aylarında ümumilikdə 742,9 min nəfərə sosial müavinət və təqaüd verilib.

Cari ilin 6 ayında müavinət və təqaüdlər formasında əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 151 milyon manat və ya 46,6 faiz çox olmaqla, 475 milyon manat ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti