...

COVİD-19 xəstələrinin evdə müalicə edilməsi ilə bağlı qərarın verilməsinə BU AMİLLƏR də təsir göstərir

Cəmiyyət Materials 10 İyul 2020 15:07 (UTC +04:00)
COVİD-19 xəstələrinin evdə müalicə edilməsi ilə bağlı qərarın verilməsinə BU AMİLLƏR də təsir göstərir

Bakı. İlhamə İsabalayeva – Trend:

Xəstələrin ev şəraitində müalicə edilməsi ilə bağlı qərarın verilməsinə bəzi başqa amillər də təsir göstərir.

Bunu Trend-ə COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.

Onun sözlərinə görə, xəstənin evdə müalicəsinin aparılması üçşün müvafiq şərtlər var.

N.Seyidov qeyd edib ki, bütün pasiyentlər evdə müalicə oluna və müşahidə altında saxlanıla bilməz:

“Evdə müalicənin aparılması üçün tibbi xüsusiyyətlə yanaşı, sosial faktorlar da nəzərə alınır. Xəstənin sosial, məişət şəraiti, onun öz simptomlarını monitorinq etmə, simptomların dəyişməsi zamanı yardım istəmə bacarığı, evdə digər ailə üzvünün olması kimi hallar pasiyentin evdə müşahidə altında saxlanılması kimi qərarın qəbul edilməsinə təsir göstərir. Bütün lazımı tədbirlər görülür ki, evdə müşahidə altında saxlanılan və müalicə olunan pasiyentlər ağırlaşma halları ilə üzləşməyən şəxslər olsun”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti