...

Könüllü hərbi xidmət üçün müraciət edənlərin hamısı qeydiyyatdadır - Arzu Rəhimov

Cəmiyyət Materials 16 İyul 2020 14:57 (UTC +04:00)
Könüllü hərbi xidmət üçün müraciət edənlərin hamısı qeydiyyatdadır - Arzu Rəhimov

Bakı. Samir Əli - Trend:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edənlərin hamısı qeydiyyatdadır.

Trend-in məlumatlna görə, bunu bu gün keçirilən mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov deyib.

Onun sözlərinə görə, bu gün vətəndaşın gəlib müraciət etməsinə ehtiyac yoxdur: "Hazırda xidmət iyul ayı üzrə çağırışları davam etdirir. Çağırışçılar Operativ Qərargahın tapşırıqlarına riayət olunmaqla çağırışa cəlb edilir və hərbi hissələrə göndərilir. Hərbi hissəyə daxil olan çağırışçı nəzarətə götürülür, yoxlanılır və karantin müddətində saxlanılır. Çağırış yerləri, çağırışçıların daşındığı nəqliyyat vasitələri dezinfeksiya edilir. Əgər hansısa çağırışçıda xəstəlik aşkarlanarsa, dərhal nəzarətə götürülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti