...

Azərbaycanda koronavirusdan sağalanların statistikası rekord sayda artdı

Cəmiyyət Materials 18 İyul 2020 18:15 (UTC +04:00)
Azərbaycanda koronavirusdan sağalanların statistikası rekord sayda artdı

Bakı. Trend:

Azərbaycanda bir gündə koronavirusdan sağalanların sayı rekord sayda artaraq 645 olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, Azərbaycanda 497 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 27 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17 805 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib, 8 334 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 263, ötən müddət ərzində isə ümumilikdə 619 786 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti