Bakı. Ceyhun Ələkbərov - Trend:
Zaqatalanın iki kəndində içməli su təminatında problem yaranıb.
Bu barədə Trend-ə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı bildirib. Qeyd olunub ki, yaranmış problemin aradan qaldırılması üçün işlər görülür:
"Hazırda Zaqatalada leysan yağışların yağması səbəbindən Tala çayında lillənmə baş verib. Bu səbəbdən də rayonun Yuxarı Tala və Aşağı Tala kəndlərinin içməli su ilə təminatında problem yaranıb".