Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 25-nə olan statistik göstəriciləri açıqlayıb.
Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 612 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 885 279 test aparılıb. Aktiv xəstə sayı 1 848 nəfərdir, onlardan 161 nəfər reanimasiyadadır, 20 nəfər isə süni tənəffüs aparatına qoşulub.