...

Vasif Əliyev: Seroloji testlər bölgələrdə də keçiriləcək

Cəmiyyət Materials 26 Avqust 2020 16:47 (UTC +04:00)
Vasif Əliyev: Seroloji testlər bölgələrdə də keçiriləcək

Bakı. Ceyhun Ələkbərov - Trend:

Önümüzdəki günlərdə seroloji testlər bölgələrdə də keçiriləcək.

Bunu Trend-ə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. Onun sözlərinə görə, testlər keçirilsə də, nəticələr barədə işin yekununda açıqlama veriləcək:

“Bilirsiniz ki, ümumilikdə 1500 nəfər vətəndaşdan analiz götürülməsi nəzərdə tutulur. Hazırda bu testlər Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılır. Önümüzdəki günlərdə isə digər regionlarda da bu işlər görüləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti