...

Gədəbəydə tibbi aksiya keçiriləcək

Cəmiyyət Materials 9 Sentyabr 2020 10:25 (UTC +04:00)
Gədəbəydə tibbi aksiya keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Sentyabrın 10-da Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Gədəbəy rayonunda tibbi aksiya keçirəcək.

Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, Səyyar Klinika Azərbaycanın ucqar rayonlardan olan Gədəbəy rayonu sakinlərinə tibbi xidmət göstərəcək. Aksiya sosial izolyasiya qaydaları qorunaraq həyata keçiriləcək. Aksiyanın məqsədi operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

Qey edək ki, Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika yaradılıb. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçir. Əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə, hətta əməliyyat olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti