...

İxtisaslar üzrə keçid balları təxminən ötənilki səviyyədə olacaq - Məleykə Abbaszadə

Cəmiyyət Materials 11 Sentyabr 2020 12:26 (UTC +04:00)
İxtisaslar üzrə keçid balları təxminən ötənilki səviyyədə olacaq - Məleykə Abbaszadə

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu il III ixtisas qrupunda yeni ixtisaslar yoxdur.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, plan yerlərində əsas artım əvvəlki illərdə mövcud olan ixtisaslar üzrə olub.

M.Abbaszadə qeyd edib ki, bu il III qrupda 4 ixtisas ləğv edilib və onlar üzrə plan yerləri təqdim edilməyib.

DİM sədri qeyd edib ki, bu il III qrup üzrə müsabiqə vəziyyətinin keçən ilki kimi olacağı gözlənilir. İxtisaslar üzrə keçid balları da təxminən eyni səviyyədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti