...

"Mikro dünyamızın Makro xəyalları" adlı layihənin Tovuzda təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 23 Sentyabr 2020 22:17 (UTC +04:00)
"Mikro dünyamızın Makro xəyalları" adlı layihənin Tovuzda təqdimat mərasimi keçirilib

Bakı. Trend:

23 Sentyabr tarixində Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi Günel Hacıyevanln "Mikro dünyamızın Makro xəyalları" adlı layihəsinin icra planına uyğun olaraq Tovuz rayonu üzrə təqdimat mərasimi keçirildi. COVİD-19 virusunun yayılmasının qarşısını almaq məqsədilə keçirilən qabaqlayıcı tədbirlərə uyğun olaraq, görüş virtual şəkildə baş tutdu.

Təqdimat Layihə rəhbəri, Tovuz rayon təhsil şöbəsinin müdiri Elmira Mürşüdlü, Təhsil şöbəsinin əməkdaşları,Millət Vəkili Arzu Nağıyev,6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Alıyev,STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov, Tovuz rayon direktorları,Təhsil menecerlərinin birgə iştirakı ilə baş tutdu. Tədbirdə 30 nəfər iştirak etdi. Açılışda
layihə rəhbəri, Hacıhəsənli kənd Y.Alıyev adına tam orta məktəbin biologiya müəllimi Günel Hacıyeva layihənin əhatə dairəsi, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan planlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. O, ilk növbədə göstərdikləri dəstəyə görə Millət vəkili Arzu Nağıyevə,Tovuz rayonunun Təhsil şöbəsinin rəhbərliyinə,STEAM Azərbaycan layihısinin rəhbəri İqrar Nəzərova öz təşəkkürünü bildirdi.Eyni zamanda Millət Vəkili Arzu Nağıyev,Tovuz rayon Təhsil şöbəsinin müdiri Elmira Mürşüdlü Tovuz təhsili və layihı barədə öz fikirlərini bildirdilər. Layihə rəhbəri bildirdi ki, layihə Tovuz rayon ümumtəhsil məktəblərində STEAM dərslərinin tətbiqi məqsədi daşıyır.

Qeyd edək ki, layihə çərçivəsində təlimlər mövcud şəraitə uyğun olaraq Microsoft Teams proqramında keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti