...

Məleykə Abbaszadə: Buraxılış imtahanlarında xarici dildə danışma qabiliyyətini yoxlaya bilməyəcəyik

Cəmiyyət Materials 24 Sentyabr 2020 17:28 (UTC +04:00)
Məleykə Abbaszadə: Buraxılış imtahanlarında xarici dildə danışma qabiliyyətini yoxlaya bilməyəcəyik

Bakı. İlhamə İsabalayeva - Trend:

Gələn il üçün buraxılış imtahanlarında xarici dildə danışma qabiliyyətinin yoxlanılması nəzərdə tutulurdu, amma hələlik biz bunu həyata keçirə bilməyəcəyik.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, xarici dildə danışma qabiliyyətinin yoxlanılması üçün texniki və maliyyə vəsaiti tələb olunur:

"Bilirsiniz ki, indiki halda vəziyyət çətindir. Bu istiqamətdə təkmilləşdirmə aparılacaq. Buna cəmiyyət də hazır olmalıdır. Bizim üçün monitorinq imtahanları keçirmək vacibdir. Təəssüf ki, bu il pandemiya ilə əlaqədar 5-6-7 və 8-ci siniflərdə monitorinq imtahanları keçirə bilmədik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti