...

Ermənistanın işğalçılıq siyasəti, terrorizmə dəstəyi “Hədəf”də müzakirə olunub

Cəmiyyət Materials 26 Sentyabr 2020 22:22 (UTC +04:00)
Ermənistanın işğalçılıq siyasəti, terrorizmə dəstəyi “Hədəf”də müzakirə olunub

Bakı. Trend:

Ermənistan hərbi-siyasi rəhbərliyi hər zaman olduğu kimi yenə də yalanlarına davam etməkdədir. Baş nazir Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti uydurmalarını Birləşmiş Millətlər Təşkilatının (BMT) tribunasından davam etdirib.

Trend-in məlumatına görə, işğalçı Ermənistan rəhbərinin yalanlarda məqsədi Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında geniş şəkildə müzakirə olunub. Bununla yanaşı, verilişdə Ermənistanın Suriya və Livandan erməniləri, terrorçu qrupları işğal altında saxladıqları Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qeyri-qanuni məskunlaşdırması, Ermənistan daxilində baş verən siyasi qarşıdurmalar ətrafında fikir mübadiləsi aparılıb. “Hədəf”in qonaqları, politoloqlar Anastasiya Lavrina və Şəbnəm Həsənova mövzu ətrafında fikirlərini bildiriblər. Qeyd olunub ki, verdikləri bəyanatların məsuliyyətini dərk etməyən Ermənistan rəhbərliyi bölgəni hərbi fəlakətə sürükləmək niyyətini ortaya qoyur. Vurğulanıb ki, Azərbaycan Paşinyan iqtidarının fərqli təxribat əməllərinə qarşı dünya birliyini reaksiya verməyə çağırır. Beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq mövqeyini, terrorizmə dəstəyini ifşa etməlidir. Bununla yanaşı, bildirilib ki, BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına töhfə verməlidir.

Proqrama canlı bağlanan türkiyəli jurnalist Enes Taha Ersen Ermənistanın Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşdırma siyasəti, işğalda olan ərazilərimizə terrorçu qruplaşmaların yerləşdirilməsi və düşmənin bunda məqsədi, sözügedən siyasətin törədəcəyi fəsadlar haqqında mülahizələrini bölüşüb.

“Hədəf”in müzakirəsini tam şəkildə “YouTube” kanalımızdan izləyə bilərsiniz. https://www.youtube.com/watch?v=8P3birFoMtw

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi – Trend.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti