...

BNA Bakıda ekspres avtobusların gecikmə səbəbini açıqladı

Cəmiyyət Materials 20 Oktyabr 2020 09:51 (UTC +04:00)
BNA Bakıda ekspres avtobusların gecikmə səbəbini açıqladı

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Qara Qarayev prospektində yaranmış tıxac barədə məlumat yayıb.

BNA-dan Trend-ə verilən məlumata görə, səhər saat 9 radələrindən Qara Qarayev prospekti-Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir:

"Nəticədə Q.Qarayev-Koroğlu-28 May və Q.Qarayev-20 Yanvar dairəsi istqamətində bütün müntəzəm və ekspres xətt avtobuslarının hərəkət intervalında gecikmələr yaranıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti